SUMQAYITDA TƏBİİ QAZ VƏ ELEKTRİK ENERJİSİ HAQQININ YIĞIMI 100 FAİZDƏN ÇOX OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, cari ilin avqustunda Sumqayıtda güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz haqqının yığımı 100,3 faiz, elektrik enerjisi haqqının ödənişi isə 100,92 faiz təşkil etmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirmişlər ki, avqustda güzəştsiz əhali kateqoriyasına 258 min 205,66 manat dəyərində təbii qaz, 627,11 min dəyərində isə elektrik enerjisi verilmişdir. Bunun müqabilində əhali tərəfindən istehlak edilmiş qaza görə 258 min 866,74 manat, elektrik enerjisinə görə isə 632,87 min manat ödəniş olmuşdur.
Sumqayıt şəhəri üzrə ümumilikdə 57 min 943 qaz, 68 min 12 ədəd elektrik sayğacı quraşdırılmışdır.