Sumqayıtda uşağa qarşı soyğunçuluq edən keçmiş məhkum tutulub
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 22-də Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində naməlum şəxsin 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hacıyev əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]