SUMQAYITIN LİFT TƏSƏRRÜFATI SİSTEMİ YENİLƏNİR
Sumqayıtın “Lift-servis” birliyinin rəisi Cümşüd İsmiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdəki çoxmərtəbəli binalarda ilin əvvəlindən 14 yeni lift quraşdırılmışdır. Bu proses davam edir və ilin sonunadək daha üç yaşayış binasında liftlər quraşdırılacaqdır.
Son beş ildə şəhər binalarında 553 lift bərpa edilmişdir.