SUMQAYITLI ABONENTLƏR QAZ PULUNU SMART-KARTLARLA ÖDƏYİRLƏR
Sumqayıtda ödənişləri smart-kartlarla etmək üçün nəzərdə tutulmuş qaz-sayğaclarının qoyulması prosesi davam edir. Qaz İstismarı İdarəsinin rəisi Eldar Zeynalov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, indiyədək 1994 belə sayğaclar qoyulmuşdur.
Şəhərdə təbii qazdan güzəştsiz istifadə edən 61 607 abonent vardır. Bütün mənzillərdə və fərdi evlərdə sayğaclar qoyulmuşdur ki, bu da abonent haqqı yığımının artım dinamikasına müsbət təsir göstərmişdir. Sumqayıtda smart-kartlarla yeni sayğacların qoyulması işi sürətlə gedir. Yeni tipli sayğaclar artıq 16-cı və 51-ci məhəllələrin, yaxınlıqdakı Corat qəsəbəsi abonentlərinə xidmət edir. Qiyməti 200 manat olan sayğaclar pulsuz quraşdırılır.