SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ
Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri, ikitərəfli əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Suriya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2007-ci il.