Suriya yeni valyutasını dövriyyəyə buraxmağa hazırlaşır
Qahirə, 21 oktyabr, AZƏRTAC
Suriya Mərkəzi Bankı beynəlxalq pulköçürmələrini həyata keçirməyə imkan verəcək “SWIFT” sisteminə qoşulmaq üçün icazə almağın son mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “əl-Arabiyyə Business” kanalına Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində verdiyi müsahibədə deyib.
“Biz xidmətin təminatçısı ilə müqavilə imzalamışıq, lisenziya üçün müraciətimizi təqdim etmişik və sistemin qarşıdakı həftələrdə işə düşəcəyini gözləyirik”, - deyə o əlavə edib.
Yeni Suriya valyutasına dair suala cavab verən əl-Husriyyə qeyd edib ki, Mərkəzi Bank gələn ilin əvvəlində yeni milli valyutanın dövriyyəyə buraxılmasını planlaşdırır. O əlavə edib ki, artıq pul çapı üçün təkliflər toplanılır və ən uyğun şərtləri əldə etmək məqsədilə çap şirkətləri ilə görüşlər keçirilir. “Yeni valyutanın buraxılışını səbirsizliklə gözləyirik və onun vaxtında hazır olması üçün prosedurları sürətləndiririk”- deyə Husriyyə vurğulayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]