Şuşa Teatrında daha bir premyera - “İki əsgər”
Bakı, 22 may, AZƏRTAC
Mayın 23-də Şuşa Dövlət Musiqili Dram Teatrında dramaturq Xaqani Əliyevin “İki əsgər” tamaşasının premyerası keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin 5 illiyinə həsr olunur.
Tamaşanın bədii rəhbəri Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, videomühəndisləri Vadim Kuskov və Əhliman Ərşadlıdır.
Tamaşada rolları Emin Sevdiməliyev, Cavid Cavadzadə, Cavidan Kəsəmənli, Vüsal Məmmədov, Əhliman Ərşadlı, Zəhra Salayeva, Ayşən Mirzəyeva, Təranə Əliyeva və Dürdanə Dünyamalıyeva ifa edirlər.
Tamaşada səhnə hadisələri ilə yanaşı, videomateriallardan da istifadə edilib ki, bu da səhnə əsərinin bədii təsir gücünü daha da artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]