Süveyş kanalının gəlirləri rekord dərəcədə azalıb
Bakı, 5 fevral, AZƏRTAC
Regionda gərginliyin artması səbəbindən Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalının gəlirləri yanvar ayında 376 milyon dollar azalıb.
AZƏRTAC xəbər verir ki, Süveyş kanalının rəhbəri Üsamə Rabia bunu ON telekanalının efirində deyib.
“2023-cü ilin yanvarında Süveyş kanalının gəlirləri 804 milyon dollar, bu ilin yanvarında isə 428 milyon dollar təşkil edib”, - deyə Üsamə Rabia bildirib.
Onun sözlərinə görə, kanal regionda baş verən son hadisələrdən və Qırmızı dənizdəki böhrandan çox zərər çəkib. 2024-cü ilin yanvar ayında kanaldan 1362 gəmi keçib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 36 faiz azdır. Süveyş kanalının ilk dəfədir belə böhranla üzləşdiyini xatırladan Üsamə Rabia çıxış yolu tapmaq üçün beynəlxalq gəmiçilik şirkətlərinin nümayəndələri ilə bir neçə görüş keçirdiyini vurğulayıb.
Məlumata görə, dünyanın altı ən böyük gəmiçilik kompaniyası da daxil olmaqla, 20-yə yaxın şirkət Qırmızı dənizdə yaranan böhran səbəbindən Süveyş kanalından yan keçərək, Ümid burnu ətrafında dövr etməyə üstünlük verib.
Qeyd edək ki, Misir 2023-cü ildə Süveyş kanalının istismarından 10 milyard dollar gəlir əldə edib. O, Misir büdcəsini formalaşdıran əsas gəlir mənbələrindən biridir və ölkə xəzinəsinin dollarla doldurulmasında mühüm yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]