Suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə mübarizə aparırlar
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də İslamiadanın Bakı Su İdmanı Sarayında keçirilən suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə medallar uğrunda mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, kişi idmançılar 10 metr hündürlükdən sinxron, qadın atletlər isə 3 metr tramplindən suyatullanma üzrə yarışırlar.
Azərbaycanı kişilərin yarışında Artyom Danilov və Dmitri Sorokin, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil edirlər.