Svetlana Əhmədova: Gənclərin musiqi zövqü akademik sənətə yaxınlaşmada vacib rol oynayır
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyi ərəfəsində həyata keçirilən silsilə tədbirlər mühüm bir missiyanı özündə birləşdirir. Müasir dövrdə insanların, xüsusən də gənclərin dəyərləri və musiqi zövqlərinin müəyyən qədər dəyişdiyi bir şəraitdə kollektivin əsas məqsədi onları akademik sənətə, milli xüsusiyyətlərimizə və zəngin musiqi incilərimizə daha yaxından cəlb etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Xor Kapellasının meneceri Svetlana Əhmədova bildirib.
O qeyd edib ki, gənclərin estetik, maarifləndirici və vətənpərvərlik ruhunda inkişaf etdirilməsi, onların müxtəlif incəsənət nümunələri ilə tanış edilməsi olduqca vacibdir. Bu yanaşma gənclərin şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərir və gələcəkdə gördükləri işlərin ölkənin inkişafına töhfə verməsinə zəmin yaradır.
“Biz incəsənət adamları müxtəlif mühitlərdə ölkəmizi layiqincə təmsil etmək məsuliyyəti daşıyırıq. Buna görə də bilik və dünyagörüşümüz çoxşaxəli olmalıdır”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]