Tacikistan səfiri: Azərbaycan dövlətinin apardığı quruculuq işləri sayəsində Qarabağda yeni həyat başlayıb
Şuşa, 10 iyul, AZƏRTAC
Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Bu şəhərdə hər şey gözəldir. Şuşanın təbiəti, relyefi, qədim memarlıq abidələri insanı valeh edir.
Azərbaycan hökumətinin apardığı quruculuq işləri sayəsində Qarabağda yeni həyat başlayıb. Bu canlanma Şuşada daha çox hiss olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev söyləyib.
Səfərin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən səfir ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. Şuşada ilk dəfədir olduğunu və şəhərin onu valeh etdiyini deyən Rustam Soliyev Tacikistanın Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]