Tacikistan vətəndaşı Səmərqənd çörəyini 34 ildir saxlayır
Düşənbə, 27 fevral, АZƏRTAC
Tacikistan vətəndaşı Umarali Zulfov bir neçə il Özbəkistanın qədim Səmərqənd şəhərində müəllim işlədikdən sonra Düşənbəyə qayıdarkən özü ilə Səmərqənd çörəyi də aparır.
AZƏRTAC xəbər verir ki, U.Zulfov Səmərqəndə, onun insanlarına hörmət əlaməti olaraq çörəyi qurudub saxlayır. Artıq 34 ildir ki, Səmərqənd çörəyi müəllimin evində bərəkət rəmzinə çevrilib.
“Səmərqənd çörəyi mənim evimə xeyir-bərəkət gətirib. Odur ki, bundan sonra da bərəkət rəmzi kimi bu çörəyi qoruyacağam”, - deyə U.Zulfov bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə