Tacikistanda “Raqun” Su Elektrik Stansiyasında ikinci aqreqat istifadəyə verilib
Düşənbə, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Tacikistanda “Raqun” Su Elektrik Stansiyasının (SES) ikinci aqreqatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon ikinci aqreqatı işə saldıqdan sonra açılışa toplaşanlar qarşısında çıxış edib.
Emoməli Rəhmon vurğulayıb ki, “Raqun” SES-də 6 aqreqat olacaq və hər il bir aqreqatın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunub ki, SES-in tikintisinə 2016-cı ildə başlanılıb və 2018-ci il noyabrında birinci aqreqat istifadəyə verilib. Hazırda “Raqun” su anbarına 200 milyon kubmetr su yığılıb.
Sonra dövlət başçısı buradakı iş sahələri ilə tanış olub.
Açılış mərasimi incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə