TAEKVONDO ÜZRƏ AZƏRBAYCANIN AÇIQ ÇEMPİONATI BAŞLANMIŞDIR
“A” kateqoriyalı beynəlxalq turnir statuslu çempionatın açılış mərasimində Azərbaycanın dövlət himni səslənmiş, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev idmanın inkişafına dövlət qayğısından, son illər ölkədə idmanın bütün növlərinin, o cümlədən, taekvondonun sürətlə inkişafından danışmış, Azərbaycanın mötəbər idman tədbirlərinin keçirildiyi ölkəyə çevrildiyini xatırlatmışlar.
Sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova, Koreya Respublikasının ölkəmizdəki səfirinin müşaviri Lu Kvanq Coya və yarışda iştirak etmək üçün ölkəmizə gələn yığma komandaların məşqçilərinə Azərbaycan Taekvondo Federasiyasının hədiyyələri təqdim olunmuşdur.
Xatırladaq ki, turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Belarus, Kipr, Moldova, İsrail, Polşa və Estoniyanın 100-dən artıq kişi və qadın idmançısı 8 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparır.
Yarışların ilk günü 4 çəki dərəcəsində qaliblər məlum olmuşdur. Fəqan Umudov (80 kq, Azərbaycan), Aslanbek Dzetiyev (68 kq, Rusiya), Şəhrun Yusifova (49 kq, Azərbaycan), Katazina Kalinovskaya (67 kq, Polşa) öz çəki dərəcələrində birinci yerləri tutmuşlar.
Çempionat avqustun 20-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]