CƏMİYYƏT
Tahir Mirkişili: Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanda Miqrasiya Məcəlləsi sülh şəraiti üçün tərtib edilib. Regionda kütləvi köç dalğası yaranarsa, Miqrasiya Məcəlləsi həmin şəraitə uyğunlaşdırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
“İlk olaraq Rusiya-Ukrayna müharibəsi zamanı regionda böyük köç dalğasının birinci mərhələsini gördük. Regionda bəzi yerlərdə münaqişələr baş verərsə çox böyük köç dalğasının qarşısında Miqrasiya Məcəlləsinə yenidən baxmaq lazım olacaq”, - deyə komitə sədri vurğulayıb.