Tailandda turizm parkında 72 pələngin ölümünün səbəbləri araşdırılır
Bakı, 24 fevral, AZƏRTAC
Tailandın Çianq May şəhərində yerləşən məşhur “Tiger Kingdom” turizm parkında iki həftədən az müddətdə 72 pələng ölüb və hadisə ilə bağlı araşdırma aparılır.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, yerli heyvandarlıq idarəsi pələnglərdən götürülən nümunələrdə it taun virusu və tənəffüs yolu xəstəliyi ilə əlaqəli bakteriya aşkar edib.
Milli Heyvandarlıq Departamentinin direktoru bildirib ki, bu xəstəliyi pələnglərdə vaxtında müəyyən etmək it və pişiklərlə müqayisədə xeyli çətindir. Yüksək yoluxuculuğu ilə seçilən bu virus heyvanlar üçün ölümcül hesab olunur.
Əyalət Heyvandarlıq İdarəsi qeyd edib ki, ilkin testlər heyvanların, həmçinin pişik parvovirusuna yoluxduğunu üzə çıxarıb. Bəzi rəsmilər xəstəliyin pələnglərə verilən çiy toyuq ətindən keçdiyini ehtimal edirlər.
Heyvan hüquqları qrupları bu faciəni Tailandda heyvanat parklarında pələnglərin saxlanma şəraitinin pis göstəricisi kimi qiymətləndiriblər.
Rəsmilər dezinfeksiya işlərini tamamladıqdan sonra parkın ikihəftəlik müvəqqəti bağlandığını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]