Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında bir nəfər maksimal bal toplayıb
Bakı, 6 may, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər - Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal 300 bal toplayıb. Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.
İmtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.