Tarix Muzeyində Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin şəxsi əşyaları qorunur
Bakı, 24 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidliyə məxsus materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Babək Səmidli 1974-cü ildə Göyçay şəhərində anadan olub. 1993-1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil alıb. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçib. Həmin il hərbi polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olunub. 2015-ci ildə 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin edilib.
B.Səmidli 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib. 2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]