Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarix yaradan qüdrətli şəxsiyyətə ümumxalq məhəbbəti - AZƏRTAC-ın reportajı

Mayın 10-da ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını on minlərlə insan ziyarət edib

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 95 illiyi Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. Burada yaşanan izdiham xalqımızın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətini bir daha nümayiş etdirib.

Mayın 10-da səhər tezdən Fəxri xiyabana insan axını başlayıb. Bura üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli Liderin Azərbaycan naminə gördüyü böyük işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.

Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini, onun xilaskarlıq missiyasını, ölkəmizi inkişaf yoluna çıxardığını xüsusi vurğulayır.

Bu may səhəri Fəxri xiyabana gələn ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrini görmək olar. Onların hamısını - məktəblini və tələbəni, cavanı və ahılı da buraya Heydər Əliyevə olan məhəbbət gətirib. Ziyarətçilər arasında Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən gələn qonaqlar da var.

AZƏRTAC-ın müxbirləri Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edən müxtəlif nəsillərin nümayəndələrindən, ayrı-ayrı peşə sahiblərindən müsahibələr alıblar.

Fəxri xiyabana gələnlər arasında gənclər çoxluq təşkil edirdilər. Bu da təsadüfi deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərə xüsusi qayğı ilə yanaşır, onları Azərbaycanın gələcəyi hesab edirdi. Onun gənc nəslin inkişafına göstərdiyi yüksək diqqət və etimad yaddaşlardan silinməyib və bu gün də minnətdarlıq hissi ilə anılır.

Hər il ulu öndər Heydər Əliyevin doğum və anım günlərində dahi liderin məzarını ziyarət etməyi özünə mənəvi borc bilən gənclərdən biri də Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi Nəzərbəy Hacıağayevdir. O deyib: “Ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına böyük önəm verirdi. Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Bütün bunlar Azərbaycan gəncliyinin həyatında dərin izlər qoyur, yüksək intellektə malik yeni nəsil yetişməsi ilə nəticələnir”.

Ümummilli Lider çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların sağlam, yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ulu öndər bu məqsədlərə nail olmaq üçün hərtərəfli şərait yaratmağa çalışır, davamlı addımlar atır, təhsil işçilərinə müvafiq tövsiyələr verirdi.

Fəxri xiyabana bağça uşaqları ilə birlikdə gələn tərbiyəçi Zamirə Ənnağıyeva deyib: “Dahi şəxsiyyət Heydər Əliyev xalqın, dövlətin ən böyük və qiymətli sərvətinin uşaqlar olduğunu gözəl bilir, onları çox sevirdi. Ümummilli Lider hər zaman fidan balalara, onların təhsil almalarına və sağlam ruhda böyüməsinə böyük önəm verirdi. Hesab edirəm ki, uşaqlar da görkəmli şəxsiyyət, müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevi tanımalı, onun haqqında daha çox məlumat almalıdırlar. Ölkəmizin bugünkü inkişafında və çiçəklənməsində, eləcə də, gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsində, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində Ulu Öndərin böyük xidmətləri danılmazdır”.

Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət də inkişaf edib, yaradıcı insanlar dövlət qayğısı ilə əhatə olunub.

Fəxri xiyabana gələn şair Qurban Hüseyn Ulu Öndər haqqında ürək sözlərini belə ifadə edib: “Heydər Əliyev zəmanəmizin yetişdirdiyi ən böyük şəxsiyyətdir. Belə bir dərin zəka sahibinin, müdrik və nadir şəxsiyyətin azərbaycanlı olması qəlbimizdə qürur hissləri doğurur. Ulu Öndəri nə qədər tərənnüm etsək də, onun işıqlı obrazını tam dolğunluğu ilə yaratmaq mümkün deyil. Çünki bu böyük şəxsiyyətin xalqımızın rifahı naminə gördüyü işlər ölçüyəgəlməzdir. Heydər Əliyev şair və yazıçılara, mədəniyyət və incəsənət xadimlərinə həmişə diqqət və qayğı ilə yanaşırdı. Klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliği Ulu Öndərin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında da misilsiz xidmətləri olub”.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə elmə, təhsilə xüsusi diqqət yetirdiyini xatırladan müəllim Aygün Əsgərova deyib: “Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində köklü islahatların təməlini qoyub. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı təhsil sahəsində də tənəzzülün qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı. Bu gün iftixarla demək olar ki, elm və milli təhsil sahələrində qazanılan uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür”.

Fəxri xiyabana gələnlər arasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri də var. Şəhid anası Səlvi Ələkbərova AZƏRTAC-a müsahibəsində onlara göstərilən dövlət qayğısından razılıqla söhbət açıb: “Ulu öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün çox böyük işlər görüb. Azərbaycan xalqı onu heç zaman unutmayacaq. Ümummilli Lider hər zaman şəhid ailələrinə həssaslıqla yanaşırdı, Biz də bu diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik.

Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün o vaxt da, indi də gərəkli addımlar atılır. Buna görə Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevə şəhid ailələri adından minnətdarlığımızı bildiririk”.

Paytaxt sakini Ramiz Xəlilov öz evində “Dədə Heydər” muzeyi yaradıb. O, bu barədə danışaraq deyib: “Yaratdığım muzeyi uzun illərdir çoxsaylı insanlar ziyarət edir. Mən bu muzeyin yaradılmasına 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışam. Dahi rəhbərin həyatı və fəaliyyəti haqqında gənc nəslə məlumat verilməsi vacibdir və “Dədə Heydər” muzeyi də buna xidmət edir.

Azərbaycanın yeni əsrdəki yeni lideri Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirərək beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib. Xalqımız bütün bunlara görə özünü Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə borclu sayır”.

Azərbaycanın böyük oğlu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü bölgələrdə də izdihamlı mərasimlərlə qeyd olunub. Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ulu Öndərin bölgələrin inkişafı istiqamətində gördüyü işləri xatırladaraq deyib: “Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda ulu öndər Heydər Əliyevin gördüyü işlərin nişanələri var. Hazırda bizim rayonun iqtisadiyyatının əsasını bağçılıq təşkil edir, yerli camaatın böyük hissəsi ailə büdcəsini alma bağlarının gəliri hesabına formalaşdırır. Qubada meyvəçiliyin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1974-cü ildə meyvəçiliyin daha da inkişaf etdirilməsi tədbirləri haqqında xüsusi qərar qəbul olunmuşdu. Bununla da respublikada, o cümlədən Qubada bağçılıq təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə nə qədər möhtəşəm işlər görüldüyü hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu gün ölkəmiz onun müəyyənləşdirdiyi strategiya əsasında uğurla inkişaf edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir”.

Zaqatala şəhərindəki şəhid Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, Əməkdar Müəllim Fatma İsrafilova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Bu dahi şəxsiyyəti yaxından görməsini özü üçün böyük xoşbəxtlik hesab edən Fatma xanım deyib: “Bu gün dahi rəhbərin Zaqatalada ucaldılan abidəsini ziyarət etdim. Heydər Əliyevi ilk dəfə tələbəlik dövründə, 1971-ci ildə Nizami Gəncəviyə həsr olunmuş respublika tədbirində yaxından görmüşdüm. 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında dahi rəhbərlə birlikdə xatirə şəkli çəkdirən fəal qadınlar arasında mən də var idim. Həmin fotonu 20 ildir ki, ən qiymətli xatirə kimi böyük məhəbbətlə qoruyub saxlayıram. Ulu Öndəri Vətəninə, xalqına, torpağına, millətinə həyat verən günəşə bənzədərdim. Şükürlər olsun ki, o, Azərbaycana özü kimi uzaqgörən layiqli davamçı, Ali Baş Komandan bəxş etdi. İndi müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru inamla irəliləyir”.

X X X

Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Burada yaşanan izdiham xalqın öz Ümummilli Liderinə, xilaskarına dərin ehtiramdan, tükənməz sevgisindən xəbər verirdi.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə yurd salmaq heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illər işıqlandıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH