Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi kənd müasir inkişaf mərhələsində

Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Babək, 30 sentyabr, AZƏRTAC

Naxçıvan kəndləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Babək rayonunun Kültəpə kəndi də abadlaşıb, müasir infrastruktur yaradılıb. Bu il kəndin quruculuq tarixinə yeni səhifələr yazılıb, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, avtomobil yolu yenidən qurulub. Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olub.

Kültəpə kənd tam orta məktəbinin açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla, 4961 kitab vardır. Eyni zamanda, təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılıb, sürətli internetə çıxış imkanı yaradılıb, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilib.

Ali Məclisin Sədri interaktiv dərsi izləyib.

Gənclərin fiziki hazırlığı və hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili üçün lazımi şərait yaradılıb, idman zalı və hərbi kabinə istifadəyə verilib. Həmçinin şagirdlər fizika, kimya və biologiya laboratoriyalarında quraşdırılan avadanlıqlardan, eləcə də elektron dərsliklərdən istifadə edərək dəqiq elmləri daha yaxşı mənimsəyəcəklər. Bildirilib ki, “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları dərs vəsaiti kimi şahmatın tədrisində səmərəliliyi xeyli artırır.

Ali Məclisin Sədri fiziki tərbiyə və hərbi hazırlıq fənninin tədrisinə ciddi diqqət yetirilməsi, şagirdlərin kompüter biliklərinin artırılması barədə tapşırıqlar verib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı ümumdünya təhsil sistemində qabaqcıl yerlərə çıxarıb. Bu gün Azərbaycan savadlılıq səviyyəsi yüz faiz təmin olunmuş ölkələr sırasındadır. Bütün bunların hamısı təhsil sahəsində görülmüş işlərin, müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitin nəticəsidir. Ölkəmizdə istər tam orta və peşə, istərsə də orta ixtisas, ali və akademik təhsil pillələri üzrə gənclərin təhsil almaları və peşə seçmələri üçün lazımi şərait yaradılmışdır. Bu da imkan verir ki, müəllimlər şagirdləri bacarıq və maraqlarına uyğun peşə seçiminə yönəltsinlər. Sevindirici haldır ki, gənclərimiz bu imkanlardan səmərəli istifadə edirlər. Kültəpə kənd tam orta məktəbində də şagirdlərin maraqlarına uyğun peşə seçiminə şərait yaradılmış, ali məktəblərə qəbulda məktəbin nəticələri 50 faizdən yüksək olmuşdur.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə müəllimlərə təşəkkür edərək deyib: Qazanılan uğurlar onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Hazırda məktəbin şagirdlərindən 36-sı əlaçıdır. Bu nailiyyətləri qoruyub saxlamaq lazımdır. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəb uğurların daha da artmasına imkan verəcəkdir. Çünki məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, diaqnostik qiymətləndirmədən keçənlərin əməkhaqqı artırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Gənclər millətin gələcəyidir”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, gənclərlə iş hər kəsin üzərinə düşən vəzifədir. Müasir məktəb binaları ona görə tikilir ki, gənclərimiz təhsilli və vətənpərvər böyüsünlər. Eyni zamanda müəllim əməyinə yüksək qiymət verilir ki, onlar ölkəmiz üçün peşə sahibi olan gənclər yetişdirsinlər. Kültəpə kənd tam orta məktəbində yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bu il məktəbin birinci sinfinə 26 şagird qəbul olub. Kollektiv müasir tədris şəraitindən səmərəli istifadə etməli, tədrisin səviyyəsi yüksəldilməli, şagirdlər hərtərəfli hazırlanmalıdır.

Kültəpə kənd tam orta məktəbinin direktoru Ruqiyyə Məmmədova çıxış edərək deyib ki, məktəb əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək savadlı və vətənpərvər gənclər yetişdirilməsi üçün çalışacaq, etimadı doğruldacağıq. Ruqiyyə Məmmədova kollektiv adından minnətdarlıq edib.

Gənc müəllim Aytən Nağısoy minnətdarlıq edərək deyib: “Kültəpə kənd məktəbinin müəllimləri müasir infrastruktura malik binada işləyəcək, şagirdlərimiz hərtərəfli təhsil alacaqlar. Bundan böyük diqqət və qayğı ola bilməz. Yüksək şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə ruhlandırır, məsuliyyətimizi daha da artırır. Muxtar respublikada gənclərin işlə təmin olunması da daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, bu il keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş 100-ə yaxın müəllim orta məktəblərdə işlə təmin olunub. Həmin müəllimlərdən biri kimi mən də coğrafiya fənni üzrə Kültəpə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Belə gözəl və yaraşıqlı məktəb binasında işləmək ən böyük arzum idi”.

Binanın həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulub, müəllim və şagirdlər üçün bufet, eləcə də fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb və abadlıq işləri görülüb.

Kültəpə Kənd Mərkəzi istifadəyə verilib

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpədə kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. Yeni Azərbaycan Partiyası Kültəpə kənd ərazi ilk təşkilatının 106 partiya üzvü vardır. Onlardan 25-i gənc, 45-i isə qadındır.

Rabitə evindəki 384 nömrə tutumlu ATS Kültəpə kəndində 192 abonentə xidmət edir. Hazırda kənddə 84 internet istifadəçisi vardır.

Kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin nümunəvi təşkili ərzaq təhlükəsizliyinin təminatında və sağlam məhsul istehsalında mühüm amildir. Ona görə də kənd mərkəzində baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri tikilənlərin qorunub saxlanılmasında və yaşıllıqların artırılmasında kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, müvafiq tapşırıqlar verib.

Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Sakinlərə hərtərəfli səhiyyə
xidməti göstəriləcək

Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir.

Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, fizioterapiya kabinəsi, qeydiyyat otağı və aptek vardır. Elektron qeydiyyat sistemindən istifadə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Bildirilib ki, bu ilin ötən dövründə kənddə 16 uşaq doğulub.

Tibb bacısı Hürrü Həsənova yaradılan şəraitin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəyini bildirib, kollektiv adından minnətdarlıq edib.

Ali Məclisin Sədri səhiyyə xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda, həkim briqadalarının kəndə göndərilməsi, yaş qruplarına görə qeydiyyat aparılması, uşaqların və hamilə qadınların sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Kültəpə kənd avtomobil yolu
yenidən qurulub

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilib.

Sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənddə tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu da yenidən qurulub. Yol yatağı genişləndirilib, keyfiyyətli asfalt örtük salınıb, 85 su keçidi qoyulub, 1325 metrlik beton kanal çəkilib. Həmçinin 700 metr kənddaxili yol yenidən qurulub, qum-çınqıl qatı verilib.

Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kəndində xidmət mərkəzinin də açılışını edib.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara üstünlük verilir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri Kültəpənin abadlaşan kəndlər sırasına qoşulduğunu bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Kültəpə kəndi də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə yaradılan şərait, tikilən sosial obyektlər sakinlərə rahatlıq gətirəcəkdir. Tikmək, qurmaq işin bir tərəfidirsə, onların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Abadlaşan yaşayış məntəqələrində İctimai Nəzarət Şuraları yaradılmalı, həmin şuranın üzvləri inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və sahə müvəkkili ilə birlikdə kəndin təmizliyinin, abadlığının, yaşıllıqlarının qorunmasını və artırılmasını diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri deyib: Kültəpə kəndinin məhsuldar torpaqları var. Bir neçə il bundan əvvəl kəndin su problemi də həll olunub. Bu gün kənddə yeni sosial obyektlərlə yanaşı, həm də müasir rabitə sistemi istifadəyə verilir. Artıq Kültəpə müasir Azərbaycan kəndidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqları əkməli, bol məhsul istehsal etməli, təsərrüfatları genişləndirməli, yaşıllıqları artırmalıdır. Kültəpə kəndi muxtar respublikamızın, ölkəmizin ərzaq təhlükəsizliyinin və inkişafının təmin olunmasında yaxından iştirak etməlidir.

Kənd ağsaqqalı, “Şöhrət” ordenli Həsən Həsənov çıxış edərək deyib: Kültəpə kəndinin inkişafı daim diqqətdə saxlanılıb. İki il bundan əvvəl kəndə yeni su kanalının çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. İndi həmin sahələrdə dənli bitkilərlə yanaşı, bostan və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Bu gün isə Kültəpə kəndi qəsəbə simasındadır. Kənd yolları asfaltlanıb, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, rabitə və elektrik xətləri yenilənib. Bütün bunlar insanların rahat və təhlükəsiz yaşayışına xidmət edir. Həsən Həsənov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq edib.

X X X

Kənddə yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. 803 metr yeni fiberoptik və 1200 metr yeraltı rabitə xətti çəkilib, 3 transformator yarımstansiyası yenidən qurulub. Bundan başqa 10 kilovoltluq elektrik xətləri yenilənib, 7600 metr qaz xəttinin yeri dəyişdirilib, artezian quyusu qazılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib