İDMAN
Tatyana Omelçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb VİDEO
Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 21-də daha bir qadın pəhləvanımız İslamiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, bir həftə əvvəl Avropa çempionatının bürünc medalını qazanan Tatyana Omelçenko IV İslam Həmrəyliyi Oyunlarında aktivinə qızıl medal yazdırıb.
İdmançımızın mübarizə apardığı 60 kiloqram çəki dərəcəsində üç atlet dairəvi sistem üzrə gücünü sınayıb. Tatyana Omelçenko birinci dövrədə kamerunlu Tiako Essombe ilə görüşdə təmiz qələbə qazanıb. Final xarakterli ikinci qarşılaşmada Türkiyə güləşçisi Qamze Nur Adakanı da vaxtından əvvəl təmiz qələbə ilə məğlub edən pəhləvanımız İslamiadanın çempionu olub.
Gümüş medala türkiyəli atlet, bürünc medala isə kamerunlu idmançı layiq görülüb.