TBİLİSİDƏKİ HƏBSXANADA QİYAM ZAMANI HƏLAK OLANLARDAN BİRİ AZƏRBAYCANLIDIR
Gürcüstan Prezidenti Mixail Saakaşvili həbsxanada baş verən qiyamla əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırmış, hüquq mühafizəçilərinə əməliyyat zamanı əsil peşəkarlıq göstərdiklərinə və qısa müddətdə qiyamı yatırıb ölkəni ciddi təhlükədən xilas etdiklərinə görə təşəkkürünü bildirmişdir. Prezident qiyam yatırılmasaydı, ağır cinayətlərə görə həbsə alınmış 4 minədək məhbusun şəhərə dağılıb neçə təhlükələr törədə biləcəklərini vurğulamışdır.
Gürcüstan Ədliyyə Nazirliyi cəzaçəkmə departamentinin rəisi Baço Axalaya jurnalistlərə müsahibəsində bildirmişdir ki, 5 nömrəli həbsxanada qiyamın qarşısı vaxtında alınmasaydı, 14 həbsxanada da qiyam başlayacaqdı.
Hazırda Ortacala həbsxanasındakı 3700 məhbus başqa həbsxanalara köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]