Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisi, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.
Tbilisidə ən hündür parkda - Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi