Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBİƏTİN NEMƏTLƏRİ İLƏ MÜALİCƏ OLUNUN

ANKARA. Yüksək texnologiyalar əsrinin və daimi psixoloji gərginliyin ayrılmaz əlamətinə çevrilən ürək xəstəliklərini təbiətin nemətləri ilə müalicə etmək lazımdır. Türk dietoloqları əmindirlər ki, bu nemətlər ürəyin əsas “qoruyuçusu və reanimatorudur”. 

Onlar deyirlər ki, hər gün 10 pay yaşıl noxud və pomidor salat yemək ürəyin fəaliyyətini yaxşılaşdırır və kişilərdə prostatit xəstəliyi riskini 35 faiz azaldır.

Kəpəkdən bişirilmiş çörək ürək xəstəliklərinə qarşı çox əladır. Lakin onu gündə 12 qramdan artıq yemək məsləhət görülmür.

Türk həkimləri bildirirlər ki, gilas orqanizmi xərçəng xəstəliklərindən qoruyur, qan dövranını və ürəyin fəaliyyətini normallaşdırır.

Xiyar isə pəhriz saxlayanların əsas köməkçisidir. O, qanda xolesterini azaldır və ürək əzələlərini möhkəmləndirir. Türk dietoloqları xiyarı qabığını soymadan yeməyi məsləhət görürlər, çünki ürəyi möhkəmləndirən maddələr məhz onun qabığındadır.

Hər gün hökmən sarımsaq yemək lazımdır. O, əsəb sisteminin işini normallaşdırır və bir çox azar-bezara, o cümlədən ürək və xərçəng xəstəliklərinə qarşı təsirli vasitədir.

Bir neçə dilim yemiş orqanizmin S vitamininə olan gündəlik tələbatını ödəyir. Ürək və böyrək xəstəliklərinin müalicəsi üçün təbiətin bu nemətindən tez-tez istifadə edilir.

Bu, şaftalıya da aiddir. Onun karotinlə zəngin olan qabığı ürəyi möhkəmlətmək üçün ideal vasitədir.

Türk həkimləri ürək xəstəliklərinin müalicəsi üçün daha bir resept təklif edirlər. Onlar gündə iki stəkan çay içməyi, dörd alma, beş baş soğan və yeddi portağal yeməyi məsləhət görürlər. Bu pəhrizi çox hesab edənlər bir dilim qarpız, 125 qram hind toyuğu əti və ya bir badə qırmızı şərabla kifayətlənə bilərlər.

X X X

PRETORİYA. Keyptaunda Kristian Barnardın xəstəxanasında donor ürəyi köçürülmüş zimbabveli Temi Stokleus demişdir: “Mən hələ də inanmıram ki, sağ qalmışam”.

İnsana ürək köçürülməsinin pioneri Barnardın adını daşıyan xəstəxanada bu cür əməliyyatlar uzun illərdən bəri müntəzəm olaraq aparılır. Lakin belə əməliyyatlar hələ heç də adi hala çevrilməmişdir. Axı, hər bir əməliyyatın arxasında insanların mürəkkəb taleləri və Kristian Barnardın başladığı işi layiqincə davam etdirən və genişləndirən cərrahların yüksək peşəkar əməyi durur.

İTAR-TASS-ın verdiyi xəbərə görə, Cənubi Afrika Respublikası ilə qonşu Zimbabvenin 48 yaşlı sakini Stokleus ötən ilin sentyabr gecələrindən birində ürəyində kəskin ağrılar hiss etmişdir. Ona Zimbabve xəstəxanalarında heç nə ilə kömək edə bilməmişlər. Belə olduqda onu Keyptaundakı Kristian Barnard adına xəstəxananın ürək cərrahiyyəsi şöbəsinə aparmışlar. Həkimlər xəstəni müayinədən keçirərkən müəyyən etmişdilər ki, ürəyin əslində yalnız onda bir hissəsi fəaliyyət göstərir. Belə vəziyyətdə təkcə bir çarə - donor ürəyi əldə olunana qədər xəstəyə “Berlin ürəyi” ilə yaşamağı təklif etmək qalırdı. Bu süni ürək orqanizmə daxildən deyil, xaricdən qoşulur və qan dövranını təmin edir.

Cərrah doktor Vilyam Koen bildirmişdir ki, süni ürəkli xəstəyə donor ürəyi köçürülməsi əməliyyatı CAR-da ilk dəfə aparılmışdır. Koen hesab edir ki, onun yeni ürək qoyulmuş xəstəsi bundan sonra da normal, adi ömür sürəcəkdir və hətta daha bir övlad dünyaya gətirə bilər.

X X X

HELSİNKİ. Finlandiyanın qida məhsullarına nəzarət üzrə milli agentliyinin nümayəndəsi xanım Mayya Hataka İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, ölkənin qida məhsullarına nəzarət laboratoriyalarından biri Almaniyanın “Vixa” firmasının istehsal etdiyi Şato şokoladında salmonellez xəstəliyi törədiciləri aşkara çıxarmışdır.

Agentlikdə bildirmişlər ki, Avropanın müxtəlif bölgələrində 300-dək adam həmin bakteriyalarla yoluxmuşdur. Almaniya və Fransada da bu şokoladın tərkibində xəstəlik törədiciləri aşkara çıxarılmışdır. Lakin Mayya Hataka demişdir ki, hələlik Finlandiyada salmonellezlə xəstələnmə halı qeydə alınmayıbdır.

Almaniya, İsveç və Finlandiyanın apardıqları tədqiqatlar zamanı Şato şokoladının bir neçə növündə salmonellez törədiciləri tapılmışdır.

Finlandiyanın qida məhsullarına nəzarət üzrə milli agentliyi bütün bələdiyyələrə xəbərdarlıq etmişdir ki, Şato markalı şokoladın ölkə mağazalarında satış üçün təklif olunan bütün növlərini yoxlamaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib