TƏCRİDXANAYA QANUNSUZ ƏŞYA APARDIQLARINA GÖRƏ CƏZALANDIRILMIŞLAR
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqsirləndirilən şəxslər Arif Hacıyev və İqbal Ağazadə avqustun 5-də məhkəmə zalından qaytarılarkən 1 nömrəli istintaq təcridxanasında yoxlama zamanı qanunda nəzərdə tutulmayan əşyaların (mobil telefonların) içəri keçirilməsinə cəhd göstərdiklərinə görə, müəssisə rəhbərliyinin səlahiyyətlərinə uyğun olaraq hər ikisi avqustun 10-da 5 gün müddətinə cərimə təcridxanasına keçirilməklə cəzalandırılmışlar.
Bu faktın Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andreas Qross və Andres Herkelin səfəri ilə heç bir əlaqəsi yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]