Təhsil İnstitutu “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” mövzusunda vebinar təşkil edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu oktyabrın 27-də “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” mövzusunda vebinar keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olacaq. B.İbrahimov bakalavr təhsilini Türkiyədə Yıldız Texniki Universitetində elektronika və telekommunikasiya mühəndisliyi, magistratura təhsilini isə 2014-cü ildə Vyana Texnologiya Universitetində mühəndislik menecmenti ixtisası üzrə alıb. Daha sonra Vyana Texnologiya Universitetində robototexnika və innovasiya menecmenti üzrə doktorantura təhsilini tamamlayıb. O, Azərbaycan Robototexnika və Avtomatlaşdırma Cəmiyyətinin təsisçisi, 7 elmi nəşrin həmmüəllifidir.
Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]