Təhsil işçiləri arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bilik yarışı təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə aparmaq qabiliyyətini inkişaf etdirmək məqsədilə təşkil olunub. Yarışda BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarından, ümumtəhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 32 komanda üç turda çempionluq uğrunda mübarizə aparıb.
Qaliblərə diplom və hədiyyələr verilib.