Təhsil müəssisələrində psixoloji xidmətlə bağlı vebinar keçiriləcək
Bakı, 5 may, AZƏRTAC
Mayın 6-da “Təhsil müəssisələrində psixoloqun vəzifəsi, miflər, gözləntilər və reallıq” mövzusunda vebinar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, vebinarda BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və TDM-in baş metodisti Elşad Səfixanov iştirak edəcək.
Görüşdə təhsil müəssisələrində psixoloji yardım, məktəb psixoloqunun vəzifələri, fəaliyyət istiqamətləri və psixoloji xidmətin əsas məqsədi barədə müzakirələr aparılacaq.
Vebinar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təlimə Dəstək Mərkəzinin rəsmi feysbuk səhifəsində canlı yayımlanacaq. Vebinarda mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçilərinin, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılacaq.