Təhsil Nazirliyi: Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb
Bakı, 29 aprel, AZƏRTAC
Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən təkrar onlayn müsahibələr keçiriləcək. Müsahibələrin mayın 7-8-də təşkili nəzərdə tutulub. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.