Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 3 may, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kandis MakDeyqan ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.