Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə ilkin təlimatlandırma kursları davam etdirilir
Bakı, 5 aprel (AZƏRTAC). Ötən ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin göstərişinə əsasən şirkətin idarə və müəssisələrində işə götürülənlər Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə təsdiq olunmuş 16 saatlıq proqram əsasında 2 günlük mütləq təlimatlandırma kursu keçirlər.
AZƏRTAC xəbər verir ki, növbəti kurs aprelin 4-5-də ARDNŞ-in idarə və təşkilatlarına işə yeni qəbul olunmuş 33 nəfərdən ibarət qrup üçün təşkil olunmuşdur. 2 günlük kurs müddətində iştirakçılara əməyin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaları, müəssisə üzrə bütün növ risklərin müəyyən edilərək qiymətləndirilməsi, onların idarə olunması, müəssisədə baş verə biləcək bədbəxt hadisələrin və bu zaman görüləcək işlərin qiymətləndirilməsi, risklərin minimuma endirilməsi, dəniz təhlükəsizliyi, yanğından mühafizə, qapalı sahəyə giriş, elektrik təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, odla görülən işlər zamanı təhlükəsizlik qaydaları, eləcə də əmək şəraitinin qiymətləndirilməsi və s. mövzuları əhatə edən dərslər keçiriləcəkdir. İlkin təlimatlandırma kursunda tam iştirak edən və imtahandan müvəffəqiyyətlə keçən dinləyicilər müvafiq sertifikat aldıqdan sonra qəbul olunduqları iş yerlərinə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]