Tərbiyəçi və loqoped vəzifəsi üzrə vakansiya seçimi
Bakı, 19 oktyabr, AZƏRTAC
İnternat və internattipli təhsil müəssisələrinə tərbiyəçi, həmçinin loqoped vəzifələri üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslər nazirliyin saytında müvafiq linkə daxil olaraq müraciət ünvanlaya bilərlər.
Vakansiya seçimi oktyabrın 23-ü saat 11:00-dək davam edəcək.
Seçimlər zamanı müvafiq ixtisasa dair baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Növbəti mərhələdə isə uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]