TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışan Milli Məclisin sədri demişdir ki, son bir neçə ildə Azərbaycan-Fransa əlaqələri yüksələn xətlə inkişaf edir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfəri münasibətlərimizin inkişafına xüsusi təkan vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Fransaya səfəri zamanı apardığı danışıqlar, imzalanmış sənədlər münasibətlərimizin daha da genişlənməsində, dərinləşməsində və inkişafında yeni mərhələ açmışdır. Bu gün siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərimiz çox yüksək səviyyədədir. Parlamentlərarası əlaqələr də möhkəmlənir və biz buna xüsusi əhəmiyyət veririk.
Sonra Oqtay Əsədov iqtisadi əlaqələrin inkişafında müştərək komissiyanın rolundan, Azərbaycanın Fransa ilə əməkdaşlığa önəm verməsindən geniş söhbət açmışdır.
Səfir Rolan Blatman səmimi qəbula və xoş sözlərə görə, minnətdarlığını bildirmiş, Fransa senatının sədri Kristian Ponsölenin adından və öz adından Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. Diplomat demişdir ki, Fransa senatının rəhbəri parlament demokratiyasına xüsusi önəm verir və bu sahədə münasibətlərimizin daha genişlənəcəyinə ümid edir.
Sonra o, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında Bakıdakı Fransa Mədəniyyət Mərkəzinin rolundan danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]