Tərkibi vitamin və minerallarla zəngin olan pərpətöyün sağlamlıq üçün çox faydalıdır
Bakı, 25 sentyabr, AZƏRTAC
Pərpətöyünün tarixi 4 min il əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.
AZƏRTAC xəbər verir ki, yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir sıra xəstəliyə qarşı qoruyucu təsiri var.
Doymamış yağ turşuları, xüsusilə Omega-3 və digər turşularla zəngin olan pərpətöyün ürək-damar sağlamlığını qoruyur. Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesteronu aşağı salır, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır.
Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur.
Antioksidant təsiri ilə həzm sistemini gücləndirir. Sidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyün böyrəklərdə olan qum və daşların xaric olmasına yardım göstərir. Tərkibindəki yüksək miqdarda liflər qəbizliyin qarşısını alır, eyni zamanda vitamin və minerallarla zəngin olması yorğunluq, halsızlıq və depressiyaya qarşı əhəmiyyətli rol oynayır. Dəridə quruluğun aradan qaldırılmasına kömək edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]
Təbii yolla qurudulan meyvələr daha faydalıdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]