Tərtərdə avtomobildən altı min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Bakı, 24 avqust, AZƏRTAC
Tərtər rayonunda və Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 22-də Tərtər rayonu ərazisində bir avtomobildən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S.İsgəndərov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları isə martın 7-də şəhər ərazisindəki apteklərin birindən 3 min 938 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini D.Nəzərovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]