TƏRTƏRDƏ ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”nəın tələblərinə uyğun olaraq Tərtər rayonunda əmək yarmarkası keçirilmişdir.
Yarmarkanın açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev son illərdə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən danışmış, yeni yaradılmış və fəaliyyətini genişləndirmiş müəssisələr haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2007-ci ildə rayonda 1513, cari ilin birinci yarısında isə 391 yeni iş yeri açılmışdır.
Əmək yarmarkasında 16 idarə, müəssisə və təşkilat tərəfindən 116 vakant iş yeri (76 fəhlə, 40 qulluqçu) çıxarılmışdır. Yarmarkada işə düzəlmək məqsədilə 114 nəfərə göndəriş vərəqəsi verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]