TƏRTƏRDƏ ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı “(2007-2010-cu illər)”na uyğun olaraq Tərtər rayonunda əmək yarmarkası keçirilmişdir.
Yarmarkada 16 idarə, müəssisə və təşkilat tərəfindən 116 vakant iş yeri (76 fəhlə, 40 qulluqçu) çıxarılmışdır. İşə düzəlmək məqsədi ilə 114 nəfərə göndəriş vərəqəsi verilmişdir.