TƏRTƏRDƏ TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon Mədəniyyət Evində ölkənin ali və orta ixtisas məktəblərinə bu il qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev son illər Tərtərdə təhsil sisteminin inkişafından, yeni məktəb binalarının tikilməsi, təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu il rayonun 34 orta məktəbini 871 məzun bitirmiş, ali və orta ixtisas məktəblərinə 346 gənc sənəd vermiş, onlardan 133-ü tələbə adını qazanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev tələbə adını qazanmış gənclərə yüksək ixtisaslı mütəxəssislər kimi yetişmək üçün tövsiyələrini vermişdir.
Görüşdə çıxış edən tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarını bildirmişlər.
Tələbə adını qazanmış gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr, 500-dən yuxarı bal toplamış tələbələrə fəxri fərmanlar təqdim olunmuş, ən çox bal toplamış 3 gəncə isə təqaüd veriləcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]