Tərtərin Bəyimsarov kəndinin 151 sakini tibbi müayinədən keçib
Bakı, 11 fevral, AZƏRTAC
Tərtər Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət geniştərkibli briqadasının iştirakı ilə Tərtər rayonunun Bəyimsarov kəndinin sakinləri kütləvi tibbi müayinələrə cəlb olunublar.
AZƏRTAC Tərtər Rayon Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tibbi aksiyanın əsas məqsədi rayonun kəndlərindən xəstəxanalara gəlməkdə maddi və fiziki çətinliyi olan xəstələrin yerindəcə müayinə edilməsidir. Aksiya çərçivəsində Bəyimsarov kəndinin 151 sakini tibbi müayinədən keçib.
Qeyd edilib ki, həkim briqadasının tərkibində terapevt, pediatr, mama-ginekoloq, laborant, şüa-diaqnostika və digər ixtisas həkimləri var. Aksiya zamanı 44 nəfər şüa-diaqnostika, 17 nəfər pediatr, 19 nəfər ginekoloq, 24 nəfər qan analizi, 47 nəfər isə terapevt tərəfindən müayinə olunublar.