İQTİSADİYYAT
“TƏVANİR” MÜSABİQƏ ELAN EDİR
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda aparılmış danışıqlar zamanı Parsabad-Sinal elektrik xətti sahəsinin İran ərazisində işləri 2004-cü ilin yayınadək, “Tağı Dizyə” yardımçı stansiyasında transformator quraşdırılmasını və “Parsabad” yardımçı stansiyasına qədər yüksəkgərginlikli xətt çəkilməsini isə 2005-ci ilin aprelinədək başa çatdırmaq qərara alınmışdır.
Azərbaycan sahəsində (İmişli yardımçı stansiyasından dövlət sərhədinədək) işlər cədvələ uyğun gedir. layihə-smeta sənədləri hazırlanır.
Mütəxəssislər əmin edirlər ki, İmişli-Parsabad elektrik xəttinin paralel tikintisi gələn ilin yayınadək başa çatdırılacaqdır. Onun tikintisinə sentyabrın axırlarında başlamaq nəzərdə tutulmuşdur.
2004-cü ilin iyulunadək layihənin birinci mərhələsi başa çatdıqdan sonra elektrik mübadiləsinin həcmi 200 MVt-dən 350 MVt-dək artacaqdır.
İkinci mərhələdə “İmişli” və “Parsabad” yardımçı stansiyalarından hər iki ölkənin içərilərinə doğru yeni elektrik xətləri çəkmək qərara alınmışdır ki, bu da enerji mübadiləsini 2005-ci ilin iyulunadək 1000 MVt-a çatdırmağa imkan verəcəkdir.