Təxliyə üçün Sudana uçan Türkiyə təyyarəsinə atəş açılıb
Bakı, 28 aprel, AZƏRTAC
Türkiyə vətəndaşlarını təxliyə etmək üçün Sudana uçan hərbi-nəqliyyat təyyarəsi eniş zamanı atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Münaqişələrin davam etdiyi Sudanda qalan vətəndaşlarımızın təxliyəsi üçün Vadi Seyidna hərbi bazasına gedən C-130 tipli təyyarəmizə yüngül silahlarla atəş açılıb. Təyyarəmiz sağ-salamat eniş edib. Heyət üzvləri arasında xəsarət alan olmayıb”, - nazirliyin açıqlamasında belə deyilir.
Al-Hadath telekanalının bir qədər əvvəl yaydığı məlumata görə, Türkiyə təyyarəsinə Sudanın çevik reaksiya qüvvələri atəş açıblar və nəticədə heyət üzvlərindən biri yaralanıb.
Çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) tərəfindən insidentlə bağlı şərh verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]