“The New York Times” qəzeti ABŞ Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb
Bakı, 4 dekabr, AZƏRTAC
“The New York Times” (NYT) qəzeti ABŞ Pentaqonuna qarşı məhkəmə iddiası qaldırıb.
AZƏRTAC xəbər verir ki, qəzet ABŞ Müdafiə Nazirliyi tərəfindən tətbiq edilən yeni mətbuat məhdudiyyətlərinin jurnalistlərin konstitusiya hüquqlarını pozduğunu iddia edir.
Qaydalara əsasən, jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin icazə vermədiyi məlumatları almaq və dərc etmək qadağandır. Məhdudiyyətlər, həmçinin məxfi olmayan məlumatlara da şamil edilir.
NYT-nin məlumatına görə, Pentaqon qapılarını mətbuata bağlamağa çalışır.
Yeni qaydalar dərc edildikdən qısa müddət sonra Pentaqon tərəfindən akkreditə olunmuş onlarla jurnalist etiraz olaraq icazələrini təhvil verib. Bundan əvvəl ABC News, CBS News, CNN, Fox News və NBC News telekanalları nazirliyi tənqid ediblər.
Pentaqondan verilən məlumata görə, müdafiə naziri Pit Heqset tərəfindən təqdim edilən yeni qaydalar nazirlikdən məlumatın sızmasının qarşısının alınmasına yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]