Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzi xəstəliklərinin ödənişsiz müayinəsi aparılacaq
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 25 may - Dünya Qalxanabənzər Vəzi Günü ilə əlaqədar ödənişsiz tibbi aksiya keçiriləcək.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə klinikada mayın 24-də saat 9:00-dan 18:00-dək qalxanabənzər vəzi xəstəliklərinin ödənişsiz müayinəsi aparılacaq. Müayinə və müalicə klinikanın cərrah endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov tərəfindən keçiriləcək.
Kampaniyaya həkim konsultasiyası və ultrasəs müayinəsi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]