“TikTok” İndoneziyada 1,7 milyon istifadəçinin hesabını bloklayıb
Bakı, 29 aprel, AZƏRTAC
İndoneziyada uşaqların rəqəmsal müdafiəsi haqqında yeni milli qanunla yaş həddi 16-ya qaldırıldıqdan sonra “TikTok” platforması 1,7 milyon istifadəçinin hesabını bloklayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Antara” agentliyi rabitə və rəqəmsal texnologiyalar naziri Mutyu Hafidə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, platforma hesabları bloklamaqla İndoneziya qanunlarına riayət etməyə hazır olduğunu təsdiqləyib. “TikTok” bloklanmış hesabların sayını ilk dəfə açıqlayıb və bununla da öhdəliklərinin konkret hərəkətlərlə dəstəkləndiyini sübut edib. Sosial şəbəkə, həmçinin İndoneziyada qumar oyunları və onlayn fırıldaqçılıq da daxil olmaqla, kibercinayətkarlığa qarşı mübarizəsini genişləndirmək niyyətindədir.
İndoneziyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə, o cümlədən hesablar yaratmasına qoyulan qadağa martın 28-də qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]