Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tofiq Heydərov: Ağır atletika idman növü Azərbaycanda inkişaf mərhələsini yaşayır

Bakı, 4 iyun, AZƏRTAC

Son illər sürətlə inkişaf edən Azərbaycan bütün istiqamətlərdə, o cümlədən idman sahəsində də əldə etdiyi uğurlar sayəsində dünyada idman dövləti kimi tanınır. Təkcə son bir neçə ildə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər nüfuzlu turnirlərdə əldə etdiyi nailiyyətlərlə yanaşı, Azərbaycanın ən mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir.

Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də ağır atletikadır. Azərbaycanda son illər idmanın bu növünün inkişafı, kütləviliyinin artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, mütəmadi yarışlar təşkil olunur, yeni idman kompleks və zalları istifadəyə verilir.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti, “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov ölkəmizdə idmanın bu növünün inkişafı və perspektivləri ilə bağlı AZƏRTAC-ın əməkdaşına müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Azərbaycanda ağır atletikanın inkişafını necə qiymətləndirirsiniz?

- Bu gün ağır atletika idman növü Azərbaycanda inkişaf mərhələsini yaşayır. Ötən il Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti və 50-yə yaxın ölkədən federasiya nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizdə oldular. Səfər zamanı onlar idmanın bu növünün inkişafı, Şüvəlandakı Ağır Atletika Akademiyasında və “AAAF Park” təlim-məşq bazasında yaradılan şərait ilə yaxından tanış oldular. Sevindirici haldır ki, beynəlxalq federasiyanın baş katibi Bakıda çıxışında ölkəmizin ağır atletika idman növünün dünya mərkəzi olduğunu diqqətə çatdırdı. “Bakı-2017”dən sonra bir çox ölkənin milli komandası təlim-məşq toplanışı üçün Azərbaycana gəlib. Səudiyyə Ərəbistanı və Misir komandası hazırlıq prosesini başa vurub qayıdıb. Yaxın günlərdə Əlcəzair yığması təlim-məşq toplanışı üçün ölkəmizə gələcək. İlin sonunadək daha bir neçə ərəb ölkəsi hazırlığını Bakıda keçəcək. Bu, ölkəmizdə ağır atletikanın inkişafı, yaradılan şəraitdən xəbər verir.

Hazırda yeniyetmələrdən ibarət güclü komandamız var. Atletlərimiz ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində medal hesabında birinci oldular. Yeniyetmələrin lisenziya xarakterli olan Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində komandamız ilk onluqda qərarlaşdı. Komandamız, həmçinin bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə edib. Dopinq qalmaqallarına görə, böyüklərdən ibarət milli komandamızda bir az zəiflik yarandı. Amma yeniyetmələrimiz bizi sevindirirlər. İstəyirik ki, qısa zaman ərzində bu boşluğu dolduraq.

Regionlarda maddi-texniki bazalarımız yüksək səviyyədədir. Bir müddət əvvəl Bakıda və Sumqayıtda Ağır Atletika Mərkəzlərinin açılışı oldu. İyirmidən artıq kənd və rayonda zallar inşa olunub. Əgər nəzər salsaq görərik ki, regionlardan olan idmançılar uğurları ilə bizi daha çox sevindirir. Federasiya olaraq biz də bunu nəzərə alaraq kəndlərdə zalların inşasını davam etdiririk. İl ərzində bir çox yarışlar təşkil edirik. Həmin yarışlar zamanı “Zirvə” liseyində fəaliyyət göstərən ağır atletika sinfi üçün uşaqlar seçirik. Dünyanın heç bir ölkəsində atletlər üçün belə şərait yaradılmayıb. Biz çalışırıq gələcəkdə bu siniflərin sayını daha da artıraq. Təhsil alan uşaqlar üçün burada hər cür şərait yaradılıb. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Müstəqilliyimizin ilk illərində məşq etməyə kiçik zalımız belə yox idi. Çox çətin şərait idi. Ümummilli lider Heydər Əliyev bizimlə görüşəndən və idmana qayğını öz üzərinə götürəndən sonra şərait tam olaraq dəyişməyə başladı. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycanda ağır atletikanın inkişafında yeni mərhələ açıldı.

- Yeniyetmələrin III Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı gözlənilirmi?

- Millimiz dünya birinciliyində komanda hesabında doqquzuncu olmaqla Olimpiadaya bir lisenziya qazanıb. Qadınlardan ibarət millimiz iyulda İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcək. Komandamızın daha bir lisenziya qazanmaq şansı var. Hazırda ağır atletika idman növü üzrə oğlanlarda bir lisenziyamız var. Bu yerə dörd atletimiz iddialıdır. Azərbaycan və Avropa birincilikləri başa çatdıqdan sonra biz Olimpiadada ölkəmizi hansı idmançının təmsil edəcəyini dəqiqləşdirəcəyik. Ümid edirəm ki, idmançımız Buenos-Ayresdə uğurla çıxış edib mükafatçılar sırasında yer alacaq. Qadınlardan ibarət milli komandamız yeni yaradılıb. Səbinə Əzimovaya böyük ümidimiz var idi. Üçqat Avropa çempionu olan Səbinə Əzimova artıq gənclər arasında çıxış edir.

- Ağır atletlərimizin qarşıdakı yarışlara hazırlığı barədə nə deyə bilərsiniz?

- Əsas məqsədimiz Yeniyetmələrin III Olimpiya Oyunlarına hazırlıqdır. Eyni zamanda, bu ildən “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalların toplanmasına başlanıb. Böyüklərdən ibarət millimiz belə yarışlara çox ciddi hazırlaşır. Millimizin heyətini gənc və yeniyetmələr təşkil edəcəklər. Biz də çalışırıq ki, onlar medala yaxın səviyyəyə yüksələ bilsinlər. Millimiz üçün ilboyu təlim-məşq toplanışları təşkil olunur. Əvvəllər il ərzində ən yaxşı halda doqquz hazırlıq prosesi baş tuturdu. Yarışlara vaxtımız az olduğu üçün çox ciddi hazırlaşırıq.

- İdmanın bu növünün kütləviləşməsi istiqamətində hansı addımlar atılır?

- Biz əsasən regionlarda maddi-texniki bazanın inkişafına üstünlük veririk. Yeni zallar istifadəyə verilir. Ötən il respublikamızda olan zalların demək olar ki, çoxu federasiyanın hesabına təmir olundu, yeniləri istifadəyə verildi. Hazırda onları müasir avandanlıqla təchiz edirik. Çalışırıq ki, respublikamızda atletlər üçün yaxşı şərait olsun. Artıq ikinci ildir zona (mərhələ) yarışları təşkil olunur. Hər iki aydan bir 3 zonada yarışlar keçirilir. Yeniyetmə idmançılar məhz bu yarışlardan seçilirlər. Əvvəllər respublika birinciliyində 100-150 atlet iştirak edirdisə, son zona yarışında 500-ə yaxın idmançı körpücük üzərinə çıxıb. Sevindirici haldır ki, biz kütləviliyə nail olmağa başlamışıq. Hədəf götürmüşük ki, 2020-ci ildə zona yarışlarında iştirakçı sayını minə çatdıraq.

Bu gün Azərbaycan Ağır Atletika Federasiyası dopinqlə mübarizə şəraitində fəaliyyət göstərir. Biz həmişə qeyd edirik ki, dopinqsiz də uğur əldə etmək olar. Azərbaycanda idmanın bu növündə yetərincə istedadlı atletlər var. Ən əsası biz həmin uşaqları zona yarışlarından seçib müsabiqə yolu ilə “Zirvə” liseyinə dəvət edirik. Milli komandaya üzvlər belə hazırlanır. Əvvəllər Lerikdə heç vaxt ağır atletika idman növü olmayıb. Ancaq Yeniyetmələrin III Olimpiya Oyunlarına namizədlərdən biri məhz lerikli atletdir. Həmçinin bir müddət əvvəl Lerikin Piran kəndində yeni zalın açılışı oldu. Samuxda beynəlxalq standartlara cavab verən bazamız fəaliyyət göstərir. Qax, Zaqatala, Qazax və Qusarda yeni zalların açılışı gözlənilir. Neftçalanın 5 kəndində zallar artıq istifadəyə verilib. Cari ildən bu günədək 3 yeni zalın açılışı olub. İlin sonunadək daha 7 zalın istifadəyə veriləcəyi gözlənilir. Federasiya tərəfindən məşqçilərlə müqavilə imzalanıb və onlara hər idmançıya görə ayda məvacib ödənilir.

- “Zirvə” beynəlxalq idman klublarının (BİK) fəaliyyəti barədə nə deyə bilərsiniz?

- “Zirvə” BİK-in 12 dövlətdə 26 klubu fəaliyyət göstərir. Klubların əsas məqsədi Azərbaycanda və dünyada ağır atletika idman növünün inkişaf etdirilməsidir. Ötən il Moldovada “Zirvə” BİK-in klublarası X dünya kuboku yarışları təşkil olundu. Orada Azərbaycan yığmasının təlim-məşq bazası formalaşdırılıb. Keçən il qadınlardan ibarət millimiz Moldovada hazırlıq keçib.

Klubda artıq digər idman növləri də fəaliyyət göstərir. Bura gimnastika, cüdo, karate, futbol və üzgüçülük daxildir. Hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə yeniyetmələr arasında Zirvə Oyunları təşkil olunur. Cari ildə təşkil olunan Oyunlarda minə yaxın idmançı iştirak etdi. Bu gün ölkəmizdə idmanın inkişafında əsas yeri klublar tutmalıdır. Əgər federasiya milli komandaların üzvlərinin hazırlığı ilə məşğul olursa, yığmaya idmançılar vermək üçün klublarımız güclü fəaliyyət göstərməlidirlər. Federasiya olaraq biz yeni klubların yaradılması istiqamətində lazımi addımlar atırıq. Sanki klubumuz dünyaya Azərbaycanın bir idman ölkəsi olmasını nümayiş etdirir. Cari ildə keçiriləcək bütün respublika çempionatları Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunacaq. Həmçinin bu il “Zirvə”nin 12 yaşı tamam olur. Bununla bağlı ilin sonunda turnir təşkil olunacaq. Həmçinin xarici ölkələrin birində “Zirvə” kuboku yarışları baş tutacaq.

- Ölkəmizdə qadınlar arasında ağır atletikaya maraq necədir?

- Azərbaycanı ilk dəfə Olimpiya Oyunlarında Təranə Abbasova təmsil edib. O da yüngül atletika idman növü ilə məşğul olan bir idmançı idi. Yeri gəlmişkən, o hazırda qadınlardan ibarət yığma komandamızın baş məşqçisidir. Ağır atletikada qadınların yarışına 1990-cı illərin əvvəllərində start verilib. Qadın atletlərimiz də əsasən regionları təmsil edirlər. IV İslam Həmrəyliyi Oyunlarında Səbinə Əzimova yeniyetmə olmasına baxmayaraq, bürünc medal qazandı. Qadın atletlərə ümidimiz böyükdür. Düzdür, bu il keçiriləcək Avropa birinciliyində onlardan medal gözləmək düz olmaz. Millimizdə yeganə legioner Boyanka Kostova qalıb. Onun da dopinq cəzasının müddəti başa çatır. Dünya çempionumuz “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlaşacaq. Federasiyanın əsas məqsədi legionersiz komanda qurmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb