TOKİO BEŞİLLİK ELMİ TƏDQİQATLAR PROQRAMINA 214 MİLYARD DOLLAR AYIRIR
Bu istiqamətlərdə 68 konkret mövzu ayrılmışdır. Bunların arasında insan və onun uzunömürlüyü haqqında elmdə, informatika və prinsipcə yeni materiallar sahələrində yüksək nailiyyətlərin axtarışına xüsusi diqqət yetiriləcəkdir. Yeni yerüstü nəqliyyat sistemlərinin yaradılması və okeanın daha kompleks şəkildə mənimsənilməsi də öncül istiqamətlərdir.
Bu, Tokionun həyata keçirdiyi üçüncü elmi-texniki proqramdır. Proqram Yaponiyanın bir çox sahələrdə, ilk növbədə, kompyuter tədqiqatlarında artıq qazandığı mövqeyi qoruyub saxlamasını, habelə ölkənin digər istiqamətlərdə, o cümlədən kosmik fəzanın tədqiqi istiqamətində liderlər sırasına çıxmasını nəzərdə tutur. Proqram gələcəkdə ölkəni çoxdan gözlənilən enerji müstəqilliyinə yaxınlaşdıra bilər.