Tokioda əcnəbilər üçün 14 dildə telefon məsləhət mərkəzi yaradılıb
Tokio, 18 aprel, AZƏRTAC
Tokio paytaxt hökuməti koronavirus və onun yaratdığı problemlərlə əlaqədar əcnəbilərə yardım göstərmək üçün 14 dildə telefon məsləhət mərkəzi açıb.
Bu barədə paytaxt hökumətindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumatda bildirilir ki, məqsəd fövqəladə vəziyyət rejimi dövründə Tokioda yaşayan əcnəbilərə müvafiq yardımın göstərilməsidir.
Qeyd edilir ki, mərkəzin əməkdaşları yapon dili ilə yanaşı, ingilis, Çin, Koreya, Vyetnam, Nepal, İndoneziya, taqal, tay, portuqal, ispan, fransız, Kamboca və Birma dillərində məsləhətlər verməyə hazırdırlar. Mərkəzin iş günlərində saat 10-dan 17-dək fəaliyyət göstərəcəyi bildirilir.
Qeyd edilir ki, mərkəzə müraciət edənlər səhiyyə, biznes, uşaqların təhsili və immiqrasiya statusu ilə bağlı suallara cavab ala bilərlər. Mərkəzin əməkdaşları müraciət edən şəxsləri əvvəlcədən təyin edilən səhiyyə müəssisələri və digər təşkilatlarla əlaqələndirəcəklər.
Bildirilir ki, ev şəraitində olan təqribən 50 əməkdaş gözləmə rejimində sualları cavablandırmağa hazırdır.
Yaponiya ərazisində ödənişsiz olan danışıqlar üçün 0120-296-004 nömrəsinə müraciət etmək olar.
Əlavə olaraq qeyd edək ki, hazırda Tokioda və onun yaxınlığında təqribən 570 min əcnəbinin yaşadığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]