Tokioda isti hava səbəbindən 261 nəfər xəstəxanaya yerləşdirilib
Bakı, 22 iyul, AZƏRTAC
Tokioda davam edən isti hava dalğası səbəbindən 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə - 3454-ə çatıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Tokionun mərkəzində havanın temperaturu 36,4 dərəcə, ölkənin bəzi bölgələrində isə 40 dərəcəni ötüb. İsti hava nəticəsində Toçiqi prefekturasında 84 yaşlı kişinin həyatını itirdiyi bildirilir.
Səlahiyyətli qurumlar əhalini isti hava ilə əlaqədar ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]