Tomas Bax: Tokio Olimpiadasının bütün iştirakçılar üçün təhlükəsiz keçəcəyinə tam əminik
Bakı, 15 may, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarını təhlükəsiz şəkildə keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə işləyir.
AZƏRTAC TASS informasiya akentliyinə istinadla xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.
O qeyd edib ki, BOK oyunların Təşkilat Komitəsi, Yaponiya hakimiyyəti ilə birgə həmrəyik şəraitində işləyir.
T.Bax Tokio Olimpiadasının vaxtının gələcəkdə yenidən dəyişdirilməyəcəyini də vurğulayıb: "Biz və Təşkilat Komitəsi vaxtı dəyişdirilən Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilin yayında başlayacağına və bütün iştirakçılar üçün təhlükəsiz keçəcəyinə tam əminik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]