TONİ BLEYER BÖYÜK BRİTANİYANIN YENİ QLOBAL QİÇS STRATEGİYASINI TƏQDİM ETMİŞDİR
Strategiya QİÇS-lə bağlı olan işlərlə əlaqədar 1,5 milyard funt-sterlinq vəsaitin xərclənmə planı barədə ətraflı məlumat verir. Baş nazir ən azı 150 milyon funt-sterlinqin QİÇS nəticəsində valideynlərini itirmiş uşaqlara və QİÇS-dən əzab çəkən digər uşaqlara sərf olunacağını bildirmişdir. QİÇS, vərəm və malyariyaya qarşı Qlobal Mübarizə Fonduna Böyük Britaniyanın yardımı qarşıdakı üç il ərzində ikiqat artırılaraq, 150 milyon sterlinqə çatdırılacaqdır.
Baş nazir demişdir: QİÇS qlobal vəziyyətdə dərhal və səmərəli cavab tələb edən problemdir. İnkişaf etməkdə olan dünyada HİV və QİÇS-in qarşısını almaq üçün Böyük Britaniyanın strategiyası bu bəlaya qarşı mübarizəyə vaxtında və səmərəli qlobal idarəetməni necə planlaşdırdığımızı göstərir. Bu strategiyada biz əsas diqqəti qadınların, gənclərin və kimsəsiz uşaqların ehtiyaclarına yönəltmişik. Onlar inkişaf etməkdə olan dünyada QİÇS-dən daha çox əzab çəkənlərdir. Hər il QİÇS-dən 3 milyondan artıq adam vəfat edir. Beynəlxalq ictimaiyyət bu bəlanın qarşısını almaqda müəyyən irəliləyiş əldə edib, amma bu, kifayət deyildir. Mənim məqsədim odur ki, bu strategiya HİV-in yayılmasının dayanmasında və onun ləğv edilməsində qlobal səylərin önündə getsin, bu barədə məlumatlandırsın və QİÇS-in dağıdıcı təsirini azaltsın.